23 C
Baku
Thursday, April 25, 2024

“Ata Sığorta” nizamnamə kapitalını kəskin artırıb

“Ata Sığorta” ASC nizamnamə kapitalını 46% artırıb.

Banker.az saytının əldə etdiyi məlumata görə, Sığorta Şirkətinin 184 minlik yeni sənədsiz adlı, adi səhmləri Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən dövlət qeydiyyatın alınıb.

Məlumatda deyilir ki, hər birinin nominal dəyəri 25 manat olan bu səhmlərin ümumi həcmi 4,6 mln. manat edir.

Bununla da “Ata Sığorta” ASC-nin səhm kapitalının həcmi 10 mln. manatdan 14,6 mln. manata qədər çatmışdır.

Xatırladaq ki, Sığorta Şirkəti 2004-cü ildən Azərbaycan sığorta bazarındadır və “Ata Holding” MMC S.Ş-də 100% pay sahibidir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər