23 C
Baku
Saturday, April 20, 2024

Ata və oğulun sahib olduğu Sığorta Şirkətinin gəlirləri 5 dəfə azalıb

“Amrah Sığorta” ötən ildən fərqli olaraq bu il zərərlə işlədiyi məlum olub.

Banker.az xəbər verir ki, bu barədə Sığorta Şirkətinin 2018-ci nilin yanvar–iyun aylarına olan maliyyə hesabatında qeyd edilib.

Belə ki, bu ilin ilk 6 ayında 141 899 manat cəmi gəlir əldə edib. Bu da ötən ilin müvafiq dövrü (687 760 manat) ilə müqayisədə 5 dəfəyə yaxın azalma olması deməkdir. Şirkətin xərcləri isə hesabat dövründə cəmi xərcləri 281 370 manat təşkil etdiyindən yarımilliyin sonunda 139 470 manat zərər edib. Ötən ilin eyni dövründə bu rəqəm 283 755 min manat xalis mənfəət idi.

Banker.az olaraq bildirək ki, bu S.Ş-nin sığorta yığımları ildən ilə azalır. Hətta Respublikadakı sığorta şirkətlərinin içində ən pis göstəriciyə malik olmasını vacib fakt kimi qeyd edə bilərik.

Balansındakı “Amrah Sığorta”nın bölüşdürülməmiş mənfəəti 471 250 manatdan 396 941 manata düşüb. Məlumat üçün bildirək ki, Sığorta Şirkətinin hazırda cəmi kapitalı 5,26 mln. manat təşkil edir ki, bunun da 5 mln. manatı nizamnamə kapitalıdır.

Səhmdarlara divident

Məlumatda qeyd edilir ki, Sığorta Şirkətinin təsisçiləri eləcə də səhmdarları olan Yunis İldırımzadə (85%) və onun oğlu Əmrah İldırımzadəyə (15%) dividentlər ayrılması qərara alınıb. Qərara əsasən həm 2016-dan həm də 2018-ci ildən qalan bölüşdürülməmiş mənfəətin bölünməsi şamil edilir. Lakin, hesabatda qeyd edilir ki, bu dividentlər hələki ödənilməyib.

Xatırladaq ki, Yunis İldırımzadə “Amrahbank” ASC-nin Müşahidə Şurası sədri olmaqla yanaşı, adıçəkilən bankda ən böyük səhm bölgüsünə sahibdir. Belə ki, özü “Amrahbank”da 53,16%, oğlu isə 0,33% paya sahibdir.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər