10 C
Baku
Thursday, December 12, 2024

AtaBank-dan növbəti Novruz kampaniyası

AtaBank Novruz bayramı kampaniyası çərçivəsində Lider təcili pul köçürmə sistemi üzrə komissiyanı endirdi. 30.04.2018-ci il tarixinədək davam edəcək kampaniyada xidmət haqqı üzrə komissiyanın minimum həddi 0.9 %-dək endirildi.

Xatırladaq ki,  “Pul köçürənə/alana mobil danışıq dəqiqələri hədiyyə” aksiyası hələ də davam edir. Aksiyanın şərtlərinə əsasən, AtaBank-ın filial və şöbələrində ən azı 1000 – 2000­ ­AZN/EUR/USD və ya 58 min RUB-dan yuxarı pul köçürənə və ya alana 1 manatlıq,  2001 AZN/ USD/EUR və ya 120 min RUB-dan yuxarı pul köçürənə və ya alana 2 manatlıq, 3501­ AZN/EUR/USD və ya 200 min RUB-dan yuxarı pul köçürənə isə 3 manatlıq mobil danışıq dəqiqələri hədiyyə olunur.

1993-cü ildən fəaliyyət göstərən “AtaBank” ASC 100% yerli kapitala malik, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında 31 filial və şöbəsi vasitəsilə korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

Son xəbərlər
Digər xəbərlər