Hər zaman müştərilərinin rahatlığını düşünən AtaBank daha bir yeniliyini təqdim edib. Artıq “AtaBank” ASC-nin müştəriləri vəsaitlərini plastik kartlarına istənilən MilliÖn terminalı vasitəsi ilə mədaxil edə bilərlər. Vəsait günün istənilən vaxtı aparıla bilər və əməliyyat aparıldıqdan dərhal sonra hesaba oturur.
Qeyd etmək istərdik ki, AtaBank Visa İnternational və MasterCard beynəlxalq ödəniş sistemləri ilə əməkdaşlıq edir. Müştərilər müvafiq ilkin mədaxil etməklə AtaBank kartlarını pulsuz əldə edə bilərlər.
Bundan əlavə kart hesabına nəzarət edə bilmək və bank tərəfindən təqdim edilən müxtəlif xidmətlərdən yararlana bilmək üçün bankın AtaNet İnternet və ya Mobil Bank əlavəsinə pulsuz qoşulmaq mümkündür.
Bankın xidmət və məhsulları haqqında daha ətraflı öyrənmək istəyən şəxslər 136 qaynar xəttinə zəng vura və ya bankın internet səhifəsini ziyarət edə bilərlər – https://atabank.com/az/
25 ildən artıq fəaliyyət göstərən “AtaBank” ASC müasir və universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.