26 C
Baku
Wednesday, April 24, 2024

AtaBank yeni strateji yola çıxır

“AtaBank” ASC-nin bazarda mövqeyinin daha da möhkəmləndirilməsi, xidmət səviyyəsinin yüksəldilməsi və gəlirliliyinin artırılması üçün rəhbərliyində geniş dəyişikliklər ediləcək.

“Marja”nın maliyyə bazarındakı mənbəsindən əldə etdiyi məlumata görə, 25 İyul 2019-cu il tarixində axşam radələrində “AtaBank”ın səhmdarlarının yığıncağı keçirilib. Yığıncaqda Bankda islahatların aparılmasına, o cümlədən Müşahidə Şurasının və İdarə Heyətinin dəyişdirilməsinə qərar verilib. Mənbənin sözlərinə görə, hazırda “AtaBank” ASC-nin İdarə Heyətinin sədri Dəyanət Quliyev də vəzifəsindən azad ediləcək. Banka tezliklə yeni sədr və sədr müavinləri təyin ediləcəkdir. Dəyanət Quliyevin isə Bankın əsas səhmdarı olan “Synergy Group” MMC-də yüksək bir vəzifəyə təyin edilməsinə qərar verilib. Yeni sədr təyinatınadək Dəyanət Quliyev İdarə Heyətinin sədri vəzifəsini icra edəcəkdir.

Mənbə xüsusi qeyd etdi ki, bütün dəyişikliklər “AtaBank”ın daha yüksək səviyyəyə qaldırılmasına hesablanıb. Bank Azərbaycanda ən böyük kapitala malik banklardan biridir. Güclü kapital (145 milyon manat) daxil Bankın potensialından daha səmərəli istifadə edilməsi hədəflənir.

İddia ilə bağlı “AtaBank” ilə əlaqə saxladıq. Bankdan “Marja”ya təsdiq edildi ki, rəhbərlikdə dəyişikliklər nəzərdə tutlur və bütün dəyişikliklər müsbət yönümlüdür. Bank tərəfindən məsələ ilə bağlı tezliklə ictimaiyyətə rəsmi açıqlama veriləcəkdir.

 

Xatırladaq ki, “AtaBank” ASC-nin nizamnamə kapitalının 86%-i “Synergy Group” MMC-yə,14%-i fiziki şəxslərə məxsusdur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər