-1 C
Baku
Sunday, December 15, 2024

“AtaSığorta” ASC 2013-cü ilə yekun vurdu

“AtaSığorta” ASC 2013-cü il üzrə fəaliyyətinin nəticələrinə yekun vurmuşdur. Məlumata əsasən cari il ərzində şirkətin sığorta haqqı üzrə yığımları 12,6 milyon manat təşkil etmişdir. 2012-ci illə müqayisədə  sığorta haqqı yığımları 1,7 milyon manatdan çox artmışdır. 2013-cü ildə sığorta ödənişlərinin həcmi əvvəlki ilə nisbətən 0,25 milyon manat artaraq 3,0 milyon manatı ötmüşdür. Şirkətin nizamnamə kapitalı cari ildə 2,6 milyon manat artırılaraq 7,6 milyon manata çatdırılmış, aktivlərin ümumi həcmi isə 21 milyon manatı ötmüşdür. “AtaSığorta” ASC-nin 2013-cü il üzrə balans mənfəəti 1,7 milyon manat təşkil etmişdir.

Bundan əlavə şirkət cari il ərzində həm əməkdaşların sayı, həm də əhatə dairəsinə görə inkişaf etmişdir. Belə ki, 2013-cü il ərzində şirkətə 54 nəfər yeni əməkdaş işə qəbul edilmiş və şirkətin xidmət şəbəkəsinə 1 filial, 6 nümayəndəlik və 5 yeni satış ofisi əlavə olunmuşdur. Bütün qeyd olunanları nəzərə alaraq, şirkət 2013-cü ildə qarşıya qoyduğu hədəfləri yerinə yetirmiş və dinamik inkişafını davam etdirmişdir.

Son xəbərlər
Digər xəbərlər