4 C
Baku
Bazar ertəsi, Yanvar 24, 2022

“AtaSığorta”nın səhmdarları mənfəətin bölüşdürülməsi məsələsini müzakirə edəcək

Bu il aprelin 4-də “AtaSığorta” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

Banker.az şirkətə istinadən xəbər verir ki, iclasda 2018-ci maliyyə ili üzrə İdarə Heyəti və Direktorlar Şurasının hesabatları, o cümlədən müstəqil auditorun rəyi ilə təsdiq edilmiş maliyyə hesabatı müzakirə olunacaq.

Bundan başqa, yığıncaqda “AtaSığorta”nın 2018-ci maliyyə ili üzrə illik hesabatlarının, mühasibat balansının, mənfəət və zərər hesabatlarının təsdiq edilməsi, mənfəətin bölüşdürülməsi məsələsinə də baxılacaq.

Qeyd edək ki, iclas Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 9 ünvanında keçiriləcək. İclasın gündəliyi ilə də sözügedən ünvanda tanış olmaq olar.

Son xəbərlər
Oxşar xəbərlər