13 C
Baku
Friday, April 19, 2024

“ATBA” qoruq və muzeylərə ödənişsiz giriş üçün respublika üzrə bələdçilərin qeydiyyatının II çağırışı elan edib

Bu gündən Dövlət Turizm Agentliyinin dəstəyi ilə Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının (ATBA) “2019-cu il üzrə hesabat və 2020-cu il üzrə planlar” mövzusunda toplantısı keçirilib.

Agentlikdən  verilən məlumata görə, tədbirdə ATBA-nın 2019-cu ildə fəaliyyət istiqamətləri üzrə gördüyü işlərdən, eləcə də Ümumdünya Turizm Bələdçiləri Assosiasiyaları Federasiyasına (WFTGA) tamhüquqlu üzv olaraq qəbul edilmənin üstünlüklərindən danışılıb.

Tədbir çərçivəsində turizm bələdçilərinin peşə keyfiyyətlərinin təkmilləşdirilməsi üçün attestasiya prosesinin təqdimatı baş tutub, həmçinin Dövlət Turizm Agentliyinin tabeliyində olan qoruq və muzeylərə ödənişsiz giriş üçün respublika üzrə bələdçilərin qeydiyyatının II çağırışı elan edilib.

2020-ci il üzrə fəaliyyət planı çərçivəsində assosiasiya tərəfindən müxtəlif istiqamət və səviyyələrdə həyata keçiriləcək təlimlər və onların əhatə edəcəyi mövzular açıqlanıb.

Bundan əlavə, turizm bələdçisi sənayesinin hüquqi tənzimlənməsi mexanizmi barədə təqdimatla çıxış edilib.

Sonda Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası tərəfindən keçirilən təlimlərdə iştirak edən bələdçilər sertifikat və şəhadətnamələrlə təltif ediliblər.

©Report

Son xəbərlər
Digər xəbərlər