4 C
Baku
Sunday, February 25, 2024

Attestasiyanın vaxtı yeniləndi – Palata məlumat verir

13 mart 2017-ci il tarixindən etibarən sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziyanın alınması üçün Maliyyə Bazarlarına Nəzarət Palatasında keçirilən attestasiyanın tarixi yenilənib.

Namizədlər, 27 mart 2017-ci il tarixindən 31 mart 2017-ci il tarixinədək davam edəcək attestasiyanın yenilənmiş tarixi və vaxtı barədə məlumatı aşağıdakı siyahıdan əldə edə bilərlər.

Qeyd edək ki, “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” Qaydalarının 4.1-ci bəndi ilə tanzimlənən attestasiyada ümumilikdə 173 nəfər iştirak edəcək.

Attestasiyada iştirak etmək üçün şəxsiyyət vəsiqəsinin təqdim edilməsi tələb olunur.

Siyahı – attestasiya2

Son xəbərlər
Digər xəbərlər