26 C
Baku
Bazar ertəsi, May 23, 2022

Audiovizual media fəaliyyətinə dair yeni dövlət rüsumları müəyyənləşir

Azərbaycanda audiovizual media fəaliyyətinə dair yeni dövlət rüsumları müəyyənləşir.

Bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik təklif olunur.

Dəyişikliklə lisenziyaların dövlət rüsumunun dərəcəsi ümumölkə yerüstü radio yayımçısı üçün 2 500 manat, regional yerüstü radio yayımçısı üçün 500 manat, peyk yayımı həyata keçirən platforma yayımçısı üçün 2 500 manat, peyk yayımı həyata keçirməyən platforma yayımçısı üçün 1 500 manat, sifarişli yayım xidməti provayderi üçün 500 manat, sadə platforma operatoru üçün 1 500 manat, universal platforma operatoru üçün 2 500 manat, multipleks operatoru üçün 2 500 manat olması təklif edilir.

 

 

Son xəbərlər
Oxşar xəbərlər