Audit departamenti / Böyük auditor
Tələblər:
– Ali iqtisadi və ya hüquqi təhsil;
– Analoji sahədə 3 il iş təcrübəsi;
– AR qanunvericiliyi və Banklar haqqında qanun üzrə biliklər;
– Daxili audit prosesi üzrə bacarıqlar;
– Azərbaycan, rus və ingilis dillərində sərbəst danışıq bacarığı;
– Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
Vəzifə öhdəlikləri:
– Bankda aktivlərin qorunması üzrə sistem və prosedurların yoxlanılması;
– Təstiq edilmiş müvafiq Audit planına əsasən yoxlanılmaların (kredit,depozit, hesablaşma-kassa, plastik kart, bankomat və s. əməliyyatlar) aparılması;
– Daxili nəzarət sisteminin effektivliyinin və adekvatlığının yoxlanılması;
– Korporativ idarəetmənin tətbiqini və effektivliyin qiymətləndirilməsi; Bankın bütün strukturları üzrə onların Əsasnamə funksiyalarına uyğunluğunu, işçilərin vəzifə təlimatlarının icrasının yoxlanılması;
– Quvvədə olan Azərbaycan Respublikasının qanunvericiliyinə və Mərkəzi Bankın normativ hüquqi aktlarına və göstərişlərinə, Bankın daxili prosedur-qaydalarına və daxili davranış məcəlləsinə (etika qaydalarına) riayət olunmasını təmin edən sistemlərin yoxlanılması;
Biz sizə nələr təklif edirik:
– Azərbaycanın aparıcı banklarının birində iş;
– AR Əmək Məcəlləsi uyğun əmək müqaviləsi;
– Stabil əmək haqqı;
– Əmək haqqı müsahibə nəticələrinə görə fərdi olaraq müzakirə edilir;
– Professional və maddi inkişaf perspektivləri.
Maraqlanan şəxslər https://www.expressbank.az/aboutus/vacancies.htmllinki ilə tələblərlə və vəzifə öhdəlikləri ilə tanış olaraq, CV-lərini [email protected] email ünvanına göndərə bilərlər. Bütün namizədlərə uğurlar diləyirik.