3 C
Baku
Saturday, March 2, 2024

Audit: FIFA-da təqribən 1 milyon dollar oğurlanıb

2015-ci ildə Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) büdcəsindən təxminən 1 milyon dollara yaxın vəsait oğurlanıb. Bu barədə Trend Reuters-ə istinadən məlumat verir.

FIFA-nın daxili auditinin nəticələrinə əsasən, 2015-ci ildə Qvatemaladan ali futbol qurumununun hesabına beş tranşla 1,1 milyon dollar köçürülüb. Lakin FIFA-nın illik büdcəsində Qvatemaladan daxil olan vəsaitin yalnız 250 mini qeyd olunub.

Qeyd edək ki, 2015-ci ilin mayında İsveçrədə FIFA-nın bir sıra yüksək vəzifəli rəsmiləri korrupsiya ittihamı ilə həbs olunub. Həbslər ABŞ Ədliyyə Nazirliyinin müraciəti əsasında İsveçrə polisi tərəfindən həyata keçirilib. Müstəntiqlərin iddiasına əsasən, 20 il ərzində FIFA məmurları 150 milyon dollar civarında rüşvət alıblar. ABŞ 14 nəfəri reket, maliyyə transaksiyaları, pulların yuyulması da daxil olmaqla 47 maddə üzrə ittiham edir.

Trend

 

Bizi twitterdə izləyin @Bankeraz

Son xəbərlər
Digər xəbərlər