10 C
Baku
Thursday, December 12, 2024

Auditorlar Palatası 6 şirkətə lisenziya təqdim edib, 1 şirkətinkini ləğv edib

Azərbaycanda auditor xidmətinin dövlət tənzimlənməsini həyata keçirən Auditorlar Palatası altı audit təşkilatına (şirkətinə) lisenziya verib, birinin lisenziyasını isə ləğv edib.

Banker.az xəbər verir ki, yeni lisenziyalar 2025-ci il və 2028-ci illəri əhatə edir.

  • “CAPİTAL AUDİT ” MMC — Direktor : Bəhmənov Elçin Yavər oğlu,
    SA/325 SA/452 27.08. 21-dən 27.08.2026-dək
  • “MASTER AUDİT SERVİCES” MMC — Direktor: Mehdizadə İlyas Ramiz oğlu AT/292 25.01. 24-dən 25.01. 29-dək
  • “AUDİT EXPERT TV” MMC — Direktor: Talıbov Vidadi Musa oğlu
    SA/389 30. 12. 22-dən 30. 12. 27-dək
  • “PROQRESS AUDIT” MMC — Direktor: Məmmədov Kamal Əlisahib oğlu
    SA/458 25. 12. 20-dən 25. 12. 2025-dək
  • “AZFİN AUDİT” MMC — Direktor: Binyətov İbadət Ədalət oğlu
    SA/562 21. 12. 23-dən 21. 12.2028-dək
  • “KONSBÜRO AUDİT” MMC — Direktor: Seyfulla Nail Mirzəhüseyn oğlu
    SA/563 21. 12. 23-dən 21. 12.2028-dək

LƏĞV EDİLƏN

  • “Azəri – Audit” auditor firması Direktor: Məhərrəmova Dibər İlham qızı
    SA/022 01.08. 23-dən 01.08.2028-dək

Xatırladaq ki, Azərbaycanın Auditorlar Palatası auditor xidmətinin dövlət tənzimlənməsini və inkişafını təşkil edən, mülkiyyətçilərin əmlak hüquqlarını, dövlətin, təsərrüfat subyektlərinin və auditorların mənafelərini müdafiə edən, öz fəaliyyətində respublikanın qanunvericilik aktlarından irəli gələn tələblərə sərbəst auditorlar və auditor təşkilatları tərəfindən riayət olunmasına nəzarət edən müstəqil maliyyə orqanıdır.

“Auditor xidməti haqqında” qanuna əsasən, audit şirkəti Palatanın lisenziyası əsasında bazarda fəaliyyət göstərə bilir.

Son xəbərlər
Digər xəbərlər