9 C
Baku
Thursday, December 12, 2024

“Auto Azərbaycan”nın nizamnamə kapitalının böyük hissəsi geri çəkildi

Azərbaycanda “Hyundai” avtomobillərin satışını həyata keçirən rəsmi distubuteri, Türkiyədə mənzillənən “NAB Holding”ə daxil olan “Auto Azərbaycan” MMC-nin nizamnamə kapitalı kəskin azaldılıb.

Banker.az-a daxil olan məlumata görə, avtomobil satan şirkətin nizamnamə kapitalı 29 846 608 ABŞ dolları, 71.6% azaldılaraq 11 852 742 ABŞ dollarına qədər azaldılıb.

2021-ci ilin sonunda rəsmi olaraq “Auto Azərbaycan” MMC nizamnamə kapitalının endirilməsinə dair elan versə də, hansı məbləğdə kapitalın geriçəkilməsi bildirilməmişdi. Şirkət Azərbaycan bazarında 1996-cı ildən fəaliyyət göstərir.

“Auto Azərbaycan”, NAB Holdinqə məxsudur. Holdinq Azərbaycanda “Bank of Baku”nun səhmlərində 35% paya sahib olmaqla əsas payçısıdır. Elektronika mağazalar şəbəkəsi olan “Baku Electronics” şirkəti də holdinqə daxildir.

 

 

 

 

Son xəbərlər
Digər xəbərlər