6 C
Baku
Saturday, December 14, 2024

Aviaşirkətlərə subsidiya verilməsi təklif olunub

Azərbaycanda digər aviaşirkətlərə də (“AZAI”dan başqa) Bakı ilə yanaşı, ölkənin digər turizm regionlarına uçuş yerinə yetirməsi məqsədilə mütləq dərəcədə subsidiyalar verilməlidir.

Bunu Azərbayan Turizm Bürosunun icraçı direktoru Florian Zenqstşmid bildirib.

Onun sözlərinə görə, bu sahədə subsidiya siyasəti tətbiq olunmasa, aviaşirkətləri rayonlara yönəltmək çətin olacaq: “AZAL”ın bu sahədə xidmətlərini unutmaq olmaz. Amma daha aşağı büdcəli digər aviaşirkətləri də rayonlara uçuşlara cəlb etmək çox önəmlidir. Bu da gələcəkdə hava nəqliyyatı ilə ölkəyə turistlərin gəlməsini sürətləndirəcək. Edilən şikayətlər arasında hava yollarının biletlərinin kifayət qədər bahalı olması da mühüm amillərdən biri kimi tərəfimizdən müzakirə olunur. Bu istiqmətdə qiymətlərin aşağı salınması və digər işlərin görülməsi ilə bağlı Dövlət Turizm Agentliyi ilə müzakirə aparılır. Yaxın gələcəkdə tətbiq ediləcək yardım və dəstək mexanizmləri müzakirə olunmaqdadır”.

©Trend

Son xəbərlər
Digər xəbərlər