9 C
Baku
Friday, December 13, 2024

Avqustda istehlak kreditləri 100 milyon manatdan çox artıb

2021-ci ilin avqust ayında bankların kredit portfeli 240.3 milyon manat artaraq 15 milyard 206.8 milyon manata çatıb. 

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, iyul ayının sonu ilə müqayisədə avqustda istehlak kreditləri 108.3 milyon manat artaraq 4 milyard 132.9 milyon manata, ipoteka kreditləri 50.5 milyon manat artaraq 2 milyard 263.9 milyon manata, biznes kreditləri isə 81.5 milyon manat artaraq 8 milyard 810 milyon manata çatıb.

Son xəbərlər
Digər xəbərlər