26 C
Baku
Saturday, July 27, 2024

“Avro- 2016” azarkeşsiz keçirilə bilər

Çempionatın Təşkilat Komitəsinin başçısı həyəcan təbili çalıb.

“Avro- 2016”nın bəzi oyunları azarkeşsiz keçirilə bilər. Bu barədə “Avro- 2016”nın Təşkilat Komitəsinin başçısıJasqus Lambert açıqlama verib. Lambert verdiyi açıqlamada bütün ehtimalları dəyərləndirdiklərini bildirib. Bunun içində oyunların azarkeşsiz keçirilməsi kimi bir vəziyyət də var. Açıqlamanın detallarında Fransada keçiriləcək “Avro- 2016”nın hansı matçlarının risk daşıdığı, hangi maçların azarkeşsiz oynanacağı haqqında hər hansi bir məlumat verilməyib. Lakin onu bildiriblər ki, hər bir qarşılaşma üçün təhlükəsizlik ən üst səviyyədə təşkil ediləcək.

Digər bir tərəfdən Almaniyanın sadəcə milli komandanın futbolçularıını qoruya bilməsi üçün 800 min avro büdcə ayırdığı məlum olub.

Almaniya milli komandasının müdafiəçisi Jerome Boatenq məsələ ilə bağlı verdiyi açıqlamada “Ailəmdən birinin stadionda oturub matçları izləməsini istəmirəm” deyərək Avropa Futbol Çempionatının oyunlarındakı təhlükəsizliklə bağlı narahatlığını dilə gətirib.

Jerome Boatenq- Futbolçu
Jerome Boatenq- Futbolçu

Çempionat sabah axşam Bakı vaxtı ilə saat 11-də A qrupunda, ev sahibi Fransa ilə Rumıniya arasındakı oyunla başlayacaq.

Qarşılaşmanın baş tutacağı “Stade-de France”da 13 noyabr 2015-ci il tarixində Fransa ilə Almaniya oyunu oynanarkən Parisdə bu stadionun çevrəsində terror aktı törədilmişdi.

“Avro-2016” – Avropa çempionatı iyun ayının 10-dan iyulun 10-dək keçiriləcək. Fransanın ev sahibliyi etdiyi yarışda 24 yığma komanda kubok uğrunda mübarizə aparacaq.

ANSPRESS

Son xəbərlər
Digər xəbərlər