BANKER.AZ — ABŞ dolları bu gün Avropa ticarətində ABŞ-da inflyasiya inadkarcasına yüksək olaraq qaldıqdan sonra yeni iki dekadanın ən yüksək səviyyəsinə yüksəldi, sterlinq isə Böyük Britaniyanın məyusedici artım məlumatlarına görə zəiflədi.
ABŞ dollarının 6 əsas valyuta səbəti qarşısındakı indeksi Bakı vaxtı ilə 17:00 radələrinə 0.55% artımla 104.450 bəndə qədər yüksəldi. Bu da 2002-ci ilin dekabrından bu tərəfə ən yüksək zircədir.
ABŞ-da inflyasiyanın öncəki gün 8.1%-ə qədər yumşalacağı gözlənildiyi halda 8.3% səviyyəsində qaldı, bu da iqtisadi şəraiti nəzərə almaqla ABŞ FED-inin sərt monetar siyasətinə əl atacağı ehtimallarını artırır. Onsuz da FED növbəti iclaslarda da faizlərin artırılacağı ilə bağlı siqnallar verib.
Bazar, 15 İyun və 27 İyul tarixlərində FED-in növbəti iki qərarının hər birində faiz dərəcəsinə ən azı 0.5 faiz bəndi artımına gedəcəyi qiymətləndirilir.
Avro/dollar cütlüyü belə görünür ki, paritet – 1 avro 1 dollar səviyyəsinə düşməsi üçün bir şey qalmadı. EUR/USD cütlüyünün məzənnəsi 1.15% ucuzlaşaraq 1.0390 səviyyəsinə qədər düşdü ki, bu da həmçinin son 20 ilin minimum göstəricisidir. Sonuncu dəfə paritet olaraq isə 2002-ci ilin noyabr ayının ilk həftəsində olmuşdu.
Avropa Mərkəzi Bankın İdarə Heyətinin üzvü İzabel Şnabel Avrozonada yüksək inflyasiya səviyyəsi ilə bağlı narahatlığını dilə gətirən son siyasətçi olub və bildirib ki, inflyasiyanı rekord səviyyələrə çatdıran amillər təbiətcə qlobal olsa belə, mərkəzi bank buna cavab vermək məcburiyyətindədir.
Yapon yeni uzunmüddətli dövlət istiqrazlarının gəlirlərindəki azalmadan faydalanıb. 10 illik gəlirlilik cümə axşamı günü 3.2%-dən yuxarı çoxillik zirvədən 2.848%-lik iki həftəlik minimuma geriləyib. Bununlda da USD/JPY 0.5% azalaraq 129.25-ə enib.
Əlavə olaraq, GBP/USD 0.3% azalaraq 1.2210 səviyyəsinə düşüb və məlumatların Britaniya iqtisadiyyatının birinci rübdə gözləniləndən daha az artdığını göstərməsindən sonra təxminən 2 illik minimuma düşüb.
ABŞ-da işsizlik müavinətləri üçün müraciət edənlərin sayı may ayının birinci həftəsi ərzində min nəfər artaraq, 202 min nəfərdən 203 min nəfərə yüksəlib. Gözlənilir ki, bu ABŞ dolarının məzənnəsinə neqativ təsir etsin.
Qubernatorun müavini Çen Yulu cümə axşamı günü Çinin Xalq Bankının iqtisadi artımı sabitləşdirməyi əsas prioritet hesab etdiyini söylədikdən sonra USD/CNY 0.7% artaraq 6.7673 səviyyəsinə yüksəldi.