“Avromed Company” QSC-nin Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciəti əsasında, L-Eksir əmtəə nişanlı, ümumi sayı 277 ədəd bioloji aktiv qida maddəsi “HV Ekoservis” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
Banker.az AQTA-ya istinadən xəbər verir ki, həmin maddələr istehlaka yarasız olub və istifadə müddətləri bitib.