20 C
Baku
Friday, May 24, 2024

Avronu nə gözləyir: stabillik və ya tənəzzül

Öz ehtiyat və əmanətlərini avroda saxlayan əmanətçilərin və ümumiyyətlə avro valyuta sahiblərinin narahatlığı getdikcə daha da artır: bu valyutanı tənəzzül və qiymətdən düşmə gözləmir kİ? Hər bir Avropa ölkəsinin öz valyutasına keçid edəcəyi barədə şayiələr gündən-günə daha da böyük vüsət alır. Bəs belə situasiyada necə etməli?

Məlum olduğu kimi bu və ya digər valyutanın stabilliyi konkret ölkənin iqtisadiyyatından asılı olur.Valyutanın kursunun möhkəmliyi ölkənin borclanma səviyyəsi, ticarət əlaqələrinin qurulması, beynəlxalq maliyyə-kredit təşkilatlarında iştirak və təmsil olunma, siyasi dəyişikliklər və həmin regionun iqtisadi stabilliyinə bağlı olur.

Buna görə də avro valyutasını qiymətləndirmək üçün hazırkı anda avro zona ölkələrində mövcud olan iqtisadi siyasi vəziyyət haqqında təsəvvürə malik olmaq lazmdır.

1. İşsizlik. Avro zona ölkələrində işsizlik səviyyəsi bütün məşğul əhalinin 11,2%-nə çatmışdır. Bu rəqəmlər gündən-günə böyüyür, xüsusən də İspaniya, Portuqaliya və Yunanıstann kimi ölkələrdə.

2. Konkret ölkə və regionların maliyyə borcları. Yunanıstan ətrafındakı konfliktlər sakitləşmək bilmir, həmçinin bu gün ən çox «problemli» region İspaniya hesab olunur. Bu ölkə öz arxasınca İtaliyanı da «uçuruma» çəkib aparır.

3. Domino effekti. Maliyyə xarakterli problemlər ilə üzləşən istənilən bir ölkə digərlərini də çəkib öz arxasınca aparır. Unutmaq lazım deyil ki, Avropa İttifaqının sərhədlərini genişləndirərkən risklərin səviyyəsi də yüksəlir, belə ki bu tip ölkədə mövcud olan problemlər bütün Avropa İttifaqını yoluxdurur, bu da təbii ki öz mənfi təsirlərini vahid valyuta olan avroda göstərir.

4. 2011-ci ildən başlayaraq, avro zona ölkələrində iqtisadi qapanmaqdan yayınmaq məqsədi ilə avro emessiyası davam edir.  Belə tədbirlər problemli ölkələrdəki vəziyyəti müəyyən müddətə aradan qaldırmağa icazə verir. Avro dollar nisbətdə «möhkəmlənəcək», amma həmin ölkələrdə inflyasiya qaçılmaz olacaq.

Avro zona ölkələrinin iqtisadiyyatı yavaş-yavaş tıxanmalar yaranır: işgüzar fəallığın və iqtisadi potensialın itirilməsi riski həddindən artıq böyükdür. Amma bir sıra avro zona ölkələrinin qüdrəti və maliyyə dayanıqlığı, Avropa İttifaqının Beynəlxalq arenadakələrin innovasiya sahəsindəki liderliyini və ən əsası səriştli idarəetmə sisteminin rolunu da unutmaq da olmaz. Məhz bu hökumətlər hazırda düzgün istiqamətdə hərəkət edir, onlar öz valyutalaırnı emissiya edərək, Avropa İttifaqı ölkələrinin büdcə defisitinin həcmini azaldır, problemli ölkələrin obliqasiyalarını ikinci dərəcəli bazarlardan alırlar.

Bunun nəticəsində avro dollara nisbətdə möhkəmlənir və Avropa İttifaqı ölkələrində büdcə defisiti azalır. Ona görə də heç də qarşınıza çıxan valyuya dəyişmməntəqəsinə qaçmaq lazım deyil. Avro hələ öz dövriyyəsini genişləndirə də bilər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər