25 C
Baku
Saturday, July 27, 2024

Avronun məzənnəsi 30 aylıq maksimuma yüksəlib

ABŞ dolları əsas rəqibi olan avro ilə müqayisədə məzənnəsi son 30 ayın minimal səviyyəsinə qədər ucuzlaşaraq, 1,1777 USD/EUR-a çatıb.

Buna səbəb dünən ABŞ Federal Ehtiyat Sisteminin (FED) keçirdiyi növbəti iclasında uçot dərəcəsini artırmaması və balansını azaltmağa başlaması ilə bağlı konkret vaxtı bildirməməsi amilləri olub.

Qeyd edək ki, FED-in növbəti iclası sentyabrın 19-20-da keçiriləcək. Bu tarixə qədər, avqustun 24-26-da ABŞ-ın Cekson Hol (Jackson Hole) kurort şəhərciyində dünya mərkəzi banklarının rəhbərlərinin sammitində monetar sərtləşdirmə ilə bağlı önəmli açıqlamaların verilməsi mümkündür.

Reportun analitik qrupu avqustun əvvəlindən etibarən dolların yüksəlməyə başlayacağını proqnozlaşdırırlar: “Lakin yüksəlişın qısamüddətli olacağı gözlənilir. Dolların zəifləməsi ABŞ iqtisadiyyatına müsbət təsir göstərdiyinə görə, bunun bir müddət davam etməsi və məzənnənin yaxın 6-9 ay ərzində 1,15-1,20 USD/EUR diapazonunda dalğalanacağı ehtimal edilir. 2018-ci ilin ilk rübündən etibarən isə ABŞ iqtisadiyyatının güclənməsi və inflyasiyanın 2% – hədəf səviyyəsinə yaxinlaşması ilə dolların sürətlə güclənməsi gözlənilir”.

“Gələn ildən etibarən FED-in uçot dərəcəsini daha sürətlə və iri addımlarla artıracağı, balansını daha sürətlə azaldacağı ehtimal edilir. FED-in 2019-cu ilin ortalarına qədər uçot dərəcəsini 3-3,5%-ə çatdıracağı proqnozlaşdırılır”, – Agentliyin analitikləri qeyd ediblər.

Son xəbərlər
Digər xəbərlər