-1 C
Baku
Sunday, December 15, 2024

Avropa bankı: Manat dollara nisbətən 6,5% bahalaşacaq

Hollandiyanın ING bankı 2017 və 2018-ci illər üzrə manatın məzənnəsinə dair proqnozunu açıqlayıb.

“Interfax” agentliyinə istinadən, bank 2017-ci ildə 1 dolların orta məzənnəsinin 1,7 manat, gələn il isə 1,59 manat səviyyəsində formalaşacağını proqnozlaşdırır. Bankirlərin proqnozuna əsasən, bu illə müqayisədə gələn il manat dollara nisbətən orta hesabla 6,47% möhkəmlənəcək.

ING 2016-cı ildə 1 dolların orta məzənnəsinin 1,63 manat olacağını təxmin etmişdi.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı bu günə USD/AZN rəsmi məzənnəsini 1,7021 səviyyəsində müəyyən edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər