3 C
Baku
Saturday, December 14, 2024

Avropa bankları kiçik və orta biznes üçün startap yaradır

Banker.az xəbər verir ki, Avropanın nəhəng maliyyə təşkilatlarından ibarət qrup kiçik və orta bizneslə məşğul olan şirkətlərə xidmətlər təklif edəcək blockchain startap ətrafında birləşib.

Verilən məlumatlara görə, layihədə iştirak edən banklar hələ 2016-cı ilin iyun ayında partnyorluq müqaviləsi imzalamışdlar.

Bir il sonra maliyyə təşkilatlarının bu əməkdaşlığı LiquidShare startapının yaradılması üçün təməl rolunu oynadı. Sözügedən bu startap kiçik və orta biznes ilə məşğul olan şirkətlərə kapital bazarlarına daha geniş çıxış əldə etmək və posttreydinq əməliyyatlarına sərf edilən xərcləri azaltmaq, həmçinin eyni zamanda təhlükəsizlik və şəffaflığı qorumaq imkanı verir.

Startapda iştirak edən banklar içərisində BNP Paribas, Caisse des Dépôts, Euroclear, Société Générale, S2IEM və CACEIS, həmçinin ümumavropa birjası Euronext var.

Son xəbərlər
Digər xəbərlər