Avropa bankları “Visa” və “Mastercard” ı əvəz edəcək yeni ödəmə sistemini inkişaf etdirirlər

0

Avropanın 20-ə yaxın bankı, “Visa” və “Mastercard” ı əvəz edəcək yeni ödəmə sistemini inkişaf etdirirlər. Bu haqda AFP agentliyinə istinadən RBC məlumat verir.

Mənbələrin verdiyi məlumata görə, yeni layihə PEPSI (Pan-European Payment System Initiative) adını alıb və onun köməyi ilə bütün növ qeyri-maddi ödənişləri idarə etmək mümkün olacaq.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Fransa nümayəndələrinin qeyd etdiyi kimi, bu ideya hələ 2017-ci ildə, Avropa Mərkəzi Bankının ödəmələrin suverenliyi məsələsinə toxunduğu dövrdə meydana gəlib.

Layihədə Fransanın bankları, həmçinin Almaniyanın “Deutsche Bank” bankı iştirak edir. AFP agentliyi qeyd edir ki, heç bir maliyyə qurumu belə bir ödəmə sisteminin yaradılmasında iştirakını rəsmi şəkildə təsdiqləməyib.