26 C
Baku
Saturday, July 27, 2024

Avropa Birliyi Əfqanıstan hökumətini inklüziv hesab etmir

Avropa Birliyi Əfqanıstanın müvəqqəti hökumətinin tərkibindən narahat olduğunu bildirib. Təşkilatın mövqeyinə görə, “Taliban” inklüziv hökumət yaratmaq vədini yerinə yetirməyib.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“AB “Taliban”ın 7 sentyabrda Əfqanıstanda qurduğu müvəqqəti hökumətdən narahatdır. Onun tərkibi “Taliban”ın Əfqanıstanın siyasi, dini və etnik müxtəlifliyini əks etdirən inklüziv hökumət qurmaq kimi vədlərə uyğun gəlmir”, – deyə AB-nin mesajında bildirilir.

Brüssel hesab edir ki, inklüziv və reprezentativ hökumət – “sabit və dinc Əfqanıstan qurmaq üçün əsas elementdir”, eyni zamanda bu dövlətlə əməkdaşlığın əsas meyarıdır. AB “Taliban”ın yeni hökumətin qurulması prosesində inklüziv və reprezentativ olacağını gözləyir.

15 avqustda “Taliban” Kabili işğal edərək, bütün Əfqanıstan ərazisini öz nəzarəti altına almışdı. 7 sentyabrda hərəkat Əfqanıstanda keçid hökumətin tərkibini açıqlamışdı.

Son xəbərlər
Digər xəbərlər