16 C
Baku
Thursday, April 25, 2024

Avropa Birliyi “Apple”ı antimonopoliya qanunlarını pozmaqda günahlandırıb

Avropa Komissiyası “Apple”ın iPhone və iPad üçün tətbiqlərin distribusiyasında antimonopoliya qanunlarını pozduğuna və “App Store”un sahibi kimi mövqeyindən sui-istifadə etdiyinə qərar verib.

Banker.az bu barədə “Vesti”yə istinadən xəbər verir.

Tənzimləyicinin fikrincə, bütün iOS-tətbiqetmələri üçün məcburi olan “App Store”un daxili ödəmə mexanizmindən istifadə etməsi musiqi striminqi sahəsindəki rəqabəti “pozur”.

Xatırladaq ki, “Apple”a münasibətdə antimonopoliya araşdırması keçən ildə başlayıb. İsveçin “Spotify” xidməti “App Store”da 30% komissiya ödəməkdən imtina etdiyini bildirib.

“Apple” bu problemə tamamilə fərqli tərəfdən baxır və Avropa Komissiyasının qərarının “dürüst rəqabətin əksi” olduğunu hesab edir. Qeyd edək ki, “Spotify”dan başqa “Epic Games” və “Telegram” da “Apple”dan şikayət edib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər