ABŞ istehsalı olan 2,8 mlrd. avroluq malın idxalına rüsum tətbiq ediləcək
Avropa İttifaqı (Aİ) ABŞ-ın polad və alüminium idxalına gömrük rüsumlarının tətbiq edilməsi ilə bağlı qərarına cavab tədbirlərini təsdiqləyib.
Rusiya mətbuatına istinadən, bu barədə Avropa Komissiyası məlumat yayıb.
Məlumata görə, bu tədbirlər iyunun 22-dən qüvvədə olacaq və ümumi dəyəri 2,8 mlrd. avro təşkil edən bir sıra malları əhatə edəcək.