Avropa İttifaqının liderləri koronavirusun yayılmasının qarşısını almaq üçün avrozonanın xarici sərhədlərini 30 gün müddətinə bağlamaq razılığına gəliblər.
Banker.az xəbər verir ki, bu haqda Avropa Şurasının prezidenti Şarl Mişelin sözlərinə istinadən “Reuters” xəbər agentliyi məlumat verib.
Sərhədlərin bağlanması ilə bağlı texniki məsələləri Avropa İttifaqı ölkələrinin hər biri özü tənmzimləyəcək, Avropa Komissiyasının sədri Ursula fon der Leyen qeyd edib.
Qadağa Avropa Azad Ticarət Birliyi ölkələrinə (Norveç, İslandiya və Lixtenşteyn), eləcə də İngiltərəyə aid deyil.
Avrozona sərhədlərinin bağlanması planı Ursula fon der Leyen tərəfihndən təqdim edilmişdir.