10 C
Baku
Thursday, December 12, 2024

Avropa İttifaqı Belarusa qarşı yeni sanksiyalar tətbiq edəcək

Avropa İttifaqı Belarusa qarşı sanksiyaların tətbiqini, o cümlədən bu ölkəyə silah və ikili təyinatlı avadanlıqların tədarükünə tam embarqonun qoyulması imkanlarını müzakirə edir.

Bu barədə bazar günü “RMF” radiostansiyası məlumat yayıb.

İndi Almaniya digər ölkələrin dəstəyi ilə Belarusa qarşı sərt sanksiyaların tətbiqinə qarşı çıxırlar. Bunan səbəb isə Belarus Silahlı Qüvvələrinin fiziki olaraq Ukrayna münaqişəsində iştirak etməməsidir.

Lakin hazırda silahlara və ikili təyinatlı avadanlıqlara tam embarqo qoyulması müzakirə edilir. Belə ki, Belarus Qərbdən bəzi silah elementlərini gətirə, sonra isə Rusiyaya ötürə bilər.

Mümkün sanksiyalar siyahısına Aİ-dən Belarusa hələ də ixrac edilən elektronika, məişət texnikası və ya dəbdəbəli malların adı daxil edilə bilər. Həmçinin, Avropa Komissiyasındakı mənbələr bildirib ki, Belarus banklarına da qarşı sanksiyalar tətbiq oluna bilər, çünki ruslar bankomatlardan pul götürmək üçün Minskə gedirlər.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər