1 C
Baku
Saturday, December 14, 2024

Avropa İttifaqı Belarusda ədalətli seçkilərin keçirilməsində maraqlıdır və vasitəçilik etməyə hazırdır

Emmanuel Makron və Angela Merkel Belarusdakı vəziyyəti müzakirə ediblər. Bildirildiyi kimi, görüş Fransanın cənubunda, Bregansonda keçirilib. Banker.az xəbər verir ki, bir neçə saatlıq danışıqlardan sonra Avropa İttifaqı Belarusda ədalətli seçkilərin keçirilməsində maraqlı olduğunu bildirib və bu məsələdə “vasitəçi” rolunda çıxış etmək təklifini irəli sürüb.

Belarus müstəqil olaraq hakimiyyət, müxalifət və vətəndaş cəmiyyəti arasında dialoq təşkil etməlidir, Avropa İttifaqı Rusiya ilə birlikdə bu prosesi müşaiyət etməyə hazırdır. Bu barədə Fransa və Almaniyanın liderləri məlumat veriblər.

“Avropa İttifaqı öz hüquqları, azadlıqları və suverenliyi üçün nümayişlər keçirən yüz minlərlə belarusa dəstək olmağa davam etməlidir. Biz Belarusun demokratik və hərtərəfli keçid dövrünə qədəm qoymağında maraqlıyıq. Və bu keçid dialoqa əsaslanmalıdır. Qeyd edək ki, biz Rusiya ilə birlikdə bu məsələdə vasitəçi rolunu da müzakirə etdik. Deyə bilərəm ki, prezident Vladimir Putin təklifimizə müsbət cavab verib”, – deyə Fransa prezidenti Emmanuel Makron söyləyib.

Xatırladaq ki, Bregansonda keçirilən görüşlər xüsusi statusa malikdirlər. Belə ki, Fransa lideri orada ildə yalnız bir qonaq qəbul edir. Almaniya lideri sonuncu dəfə 35 il əvvəl belə bir görüşə dəvət olunmuşdu. Bu dəfə də görüş xüsusi olub, çünki liderlər sanitariya tədbirlərinə riayət etməli idilər. Üstəlik, müzakirə olunan mövzularından biri də COVID-19 olmuşdur.

Buna baxmayaraq, Emmanuel Makron və Angela Merkel görüşun çox hissəsini Belarus böhranını müzakirə etməyə həsr ediblər. Bu danışıqların nəticəsi olaraq bildirilib: Avropa İttifaqı Ukrayna ssenarisinin Belarusda təkrarlanmasını istəmir. Merkel əlavə edib ki, Almaniya və Avropa İttidaqı Belarus hakimiyyəti ilə dialoq aparmağa hazırdırlar, ancaq Aleksandr Lukaşenko hələ Avropa liderlərindən heç biri ilə danışmayıb.

“Biz həm Rusiya, həm də Belarus ilə dialoq aparmağa hazırıq. Bununla belə, prezident Lukaşenko hələ də heç kimlə danışmayıb. Əlbəttə, onun bizim tələblərimizi dinləməsinə çalışacağıq. Belarus siyasi məhbusları azad etməlidir, öz xalqına qarşı zorakılığı dayandırmalıdır, vətəndaşların söz və sərbəst toplaşmaq azadlığını təmin edilməlidir. Və sözsüz ki, Belarus xalqı dialoq əsasında, o cümlədən ATƏT-in vasitəçiliyi ilə ölkələrinin taleyinin müəyyənləşdirilməsində iştirak edə bilməlidir”, – deyə Almaniya kansleri Angela Merkel bildirib.

Son xəbərlər
Digər xəbərlər