6 C
Baku
Tuesday, February 27, 2024

Avropa İttifaqı enerji təhlükəsizliyi üçün Moldovaya əlavə 200 milyon avro ayıracaq

“Avropa İttifaqı (Aİ) Moldovaya enerji böhranı ilə mübarizə üçün əlavə vəsait ayırmaqla dəstəyini davam etdirəcək”.

Bunu bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen deyib.

“Aİ-nin Moldova ilə həmrəyliyi sarsılmazdır. Bu gün biz Rusiyanın yaratdığı ciddi enerji böhranı fonunda dəstəyimizi artırırıq”, – o bildirib.

Onun sözlərinə görə, Aİ Moldovaya enerji təhlükəsizliyi üçün əlavə 200 milyon avro və bu dövlətin büdcəsinə dəstək üçün isə 50 milyon avro maliyyə vəsaiti ayıracaq: “Üstəlik, digər beynəlxalq donorların səfərbər olunmasına kömək edəcəyik”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər