10 C
Baku
Wednesday, December 11, 2024

Avropa İttifaqı İranla bank əməliyyatlarını təmin edəcək mexanizmini işə salıb

Avropa İttifaqı ABŞ-ın sanksiyalarına baxmayaraq, İranla bank əməliyyatlarını təmin edəcək İNSTEX (İnstrument in Support of Trade Exchanges – Ticarət Mübadilələrinə Dəstək Aləti) mexanizmini işə salıb.

TASS xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Sergey Riabkov İranın nüvə proqramına (JCPOA) dair birgə komissiyanın iclasından sonra bildirib.

“Biz, nəhayət, işə salındığı görülən, bir sıra sövdələşmələrin həyata keçiriləcəyi güman edilən İNSTEX xüsusi tədiyyə mexanizmini əsaslı şəkildə gücləndirməyi həmkarlarımıza təklif etdik”, – deyən Rusiya rəsmisi yeni mexanizmin İranla neft əməliyyatlarını da əhatə etməsinə tərəfdar olduqlarını qeyd edib.

Report

Son xəbərlər
Digər xəbərlər