28 C
Baku
Saturday, July 27, 2024

Avropa İttifaqı ölkələri iqtisadi bərpa planı üzrə razılığa gəldilər

İyulun 21-i Avropa İttifaqı ölkələri və onların hökumət başçıları 2021-2027-ci illəri əhatə edəcək iqtisadi bərpa planı üzrə ortaq razılığa gəliblər.

Banker.az bu barədə “Vesti.ru”ya istinadən xəbər verir.

Avropa Şurasının rəhbəri Çarlz Mişel son mətbuat konfransında vurğulayıb: “Avropa güclüdür, Avropa birdir. Biz bunu etdik! Biz büdcə və iqtisadi bərpa məsələləri üzrə razılığa gəldik”.

Bildirildiyi kimi, Avropa İttifaqı pandemiyadan sonrakı iqtisadi bərpa üçün əlavə 750 milyard avro vəsait ayırmağı planlaşdırır.

Belçikanın baş naziri Sofi Vilmes qeyd edir ki, Avropa Birliyinin yeddi illik (2021-2027) büdcəsi ümumilikdə 1,074 trilyon avro, iqtisadi bərpa fondunun büdcəsi isə əvvəl olduğu kimi 750 milyard avro təşkil edir.

Son xəbərlər
Digər xəbərlər