10 C
Baku
Friday, December 13, 2024

Avropa İttifaqı ölkələri meymunçiçəyinə qarşı 2 milyon doza vaksin alacaq

Avropa İttifaqı ölkələri Danimarkanın “Bavarian Nordic” şirkətindən meymunçiçəyinə qarşı iki milyon doza peyvənd sifariş edib.

Şirkət bunu jurnalistlərə açıqlamasında bildirib.

“Bavarian Nordic” verdiyi açıqlamada Avropa Komissiyasının Səhiyyə Fövqəladə Hallara Hazırlıq və Cavab Təşkilatı (HERA) ilə birgə satınalma müqaviləsi imzalandığını söyləyib.

Bu tənzimləmə Aİ üzvlərinə və Avropa İqtisadi Zonasına daxil olan ölkələrə, eləcə də bəzi Balkan dövlətlərinə peyvəndi almağa imkan verəcək.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər