9 C
Baku
Thursday, December 12, 2024

Avropa İttifaqı Qazaxıstandakı islahatları dəstəkləyir

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında telefon danışığı olub.

Bu barədə Aİ Şurasının Prezidenti “Twitter“də bildirib.

Mişelin sözlərinə görə, telefon danışığı zamanı o, Aİ-nin Qazaxıstanla daha möhkəm əlaqələrə sadiq olduğunu bildirib.

“Bugünkü geostrateji mühitdə Qazaxıstan açardır”, – Aİ lideri vurğulayıb.

Aİ Şurasının Prezidenti əlavə edib ki, tərəflər Rusiyanın Ukraynaya qarşı müharibəsini də müzakirə ediblər.

“Aİ Qazaxıstandakı islahatları və onların dərinləşməsini dəstəkləyir”, – Şarl Mişel əlavə edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər