16 C
Baku
Monday, May 20, 2024

Avropa İttifaqı Ukraynaya 1 milyard avroluq hərbi yardımın ayrılmasını təsdiqlədi

Avropa İttifaqı (Aİ) Şurası Ukraynanı sursatla təmin etmək üçün 1 milyard avro ayrılmasını təsdiqləyib.

Bu barədə məlumatı Aİ Xarici siyasət və Təhülkəsizlik məslələri üzrə Ali Nümayəndəsi Cozep Borrell təsdiqləyib.

Borrel qeyd edib ki, Şura bu gün Ukrayna Silahlı Qüvvələrinə dəstək üçün Avropa Sülh Fondu (APF) çərçivəsində 1 milyard avro dəyərində yardım paketini təsdiq edib.

Qeyd olunub ki, bu addım, cari ilin 9 fevral – 31 may tarixləri arasında mövcud ehtiyatlardan Ukraynaya döyüş sursatı bağışlamış Aİ-yə üzv dövlətlərə kompensasiya verməyə imkan yaradacaq.

“Bugünkü qərarla biz Ukrayna SQ üçün 1 milyard avro dəyərində artilleriya sursatının qısa vaxt ərzində tədarükünü dəstəkləmək üçün Aİ liderlərinin əldə etdiyi tarixi razılaşmanın birinci hissəsini işə salırıq. Aİ Ukraynanın qəddar rus təcavüzkarına qarşı qanuni özünümüdafiə hüququnu dəstəkləməyə davam edir və bu gün atılan addım da qətiyyətli dəstəyimizin nümayişidir”, – deyə Borrell bildirib.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər