1 C
Baku
Saturday, December 14, 2024

Avropa İttifaqına üzv olan 27 ölkənin liderləri Ukraynanı müzakirə edəcək

Bu gün Avropa İttifaqının dövlət və hökumət başçıları Brüsseldə iki günlük sammit üçün bir araya gələcək. Liderlər Ukraynadakı münaqişəni, o cümlədən qış ərəfəsində Kiyevə maliyyə və hərbi yardımın göstərilməsini müzakirə edəcəklər.

Digər məsələ enerji qiymətləri olacaq. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bildirib ki, Avropa İttifaqının dövlət və hökumət başçıları enerji qiymətlərinin aşağı salınması üçün təcili tədbirlər görməlidirlər.

Bu məqsədlə onlar oktyabrın 18-də Avropa Komissiyasının təklif etdiyi yeni tədbirlər paketini, o cümlədən qazın qiymətlərini və mavi yanacağın ümumavropa alışını nəzərdən keçirəcəklər.

Sammit iştirakçılarının gündəliyində Ukrayna münaqişəsində İranın Rusiyaya dəstəyi məsələsi də olacaq.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər