5 C
Baku
Friday, March 29, 2024

“Avropa İttifaqına üzv olmaq kursuna sadiqik”: Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Komissiyası ilə danışıqlarda çətinliklərə baxmayaraq, ölkənin Avropa İttifaqına üzv olmaq kursunu davam etdirməyə hazır olduğunu bəyan edib.

Banker.az xəbər verir ki, Ərdoğanın sözlərinə görə, Aİ-na qoşulmaq naminə, Türkiyə məhkəmə sisteminin bəzi müddəalarını yenidən nəzərdən keçirməyə hazırdır. Xüsusilə, İnternetə girişlə bağlı olaraq, müəyyən dəyişiklər gözlənilir –qeyri-qanuni məzmunlu saytlar blok ediləcək.

Reuters tərəfindən qeyd olunduğu kimi, Türkiyədə 2017-ci ildə “Vikipediya” internet-ensiklopediyası blok edilmişdir. Türk səlahiyyətlilərin fikrincə, bu sayt ölkənin milli təhlükəsizliyini təhlükə altına salır.

Prezident ayrıca, Türkiyənin işgəncə münasibətdə “sıfır dözümlülük” siyasətini gözləyəcəyini söyləyib. İki gün əvvəl Ankarada bir qrup hüquqşünas Xarici İşlər Nazirliyinin keçmiş işçilərin həbsxanalarda işgəncə və pis rəftara məruz qaldıqları barədə məlumat vermişdir.

Xatırladaq ki, 1963-cü ildə Türkiyə Avropa İqtisadi Birliyi (Avropa İttifaqının sələfi) ilə assosiasiya sazişinə imza atmışdır və 1987-ci ildə Aİ-na üzvlük üçün müraciət etmişdir. Lakin, ölkənin Avropa blokuna daxil olması ilə bağlı danışıqlar yalnız 2005-ci ildə başlayıb və üzv ölkələr arasındakı fikir ayrılığı səbəbindən dəfələrlə dayandırılıb.

29 may tarixində Avropa Komissiyası, Türkiyə ilə aparılan danışıqların heç bir nəticə vermədiyi barədə məlumat yayıb. Sənəddə deyilir ki, Ankara Aİ-nın dəyərlərindən uzaqdır.

Son xəbərlər
Digər xəbərlər