10 C
Baku
Wednesday, December 11, 2024

Avropa İttifaqının 2017-ci il üçün büdcəsi təsdiqlənib

Avropa İttifaqı Şurası 2017-ci il üçün Avropa İttifaqının (Aİ) büdcəsini 157,88 milyard avro məbləğində təsdiqləyib.

Bu barədə Report TASS-a istinadən xəbər verir.

“2017-ci ilin büdcəsi gələcəyin planıdır. Büdcə 157,88 milyard dollar təşkil edəcək. O, icmanın miqrasiya, onun kökündəki problemlərlə mübarizə, Avropa iqtisadiyyatını stimullaşdırmaq üçün investisiyalı dəstək, gənclərin tədrisi və məşğulluğu kimi prioritet problemlərinin həllinə istiqamətlənəcək”, – Avropa İttifaqı Şurasının mətbuat xidmətindən bildirilib.

Eyni zamanda, miqrasiya ilə bağlı problemləri həll etmək üçün büdcəyə 6 milyard avro, iqtisadi artımın stimullaşdırılması üçün isə 21,3 milyard avro ayırıldığı məlum olub.

Son xəbərlər
Digər xəbərlər