16 C
Baku
Friday, May 10, 2024

Avropa Komissiyası kiçik və orta müəssisələr üçün vahid vergi sxemi təklif edəcək

Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen, Avropa Parlamentinin Strasburqda keçirilmiş sessiyasında Avropa İttifaqının (Aİ) vəziyyəti ilə bağlı illik proqram çıxışı zamanı bildirib ki, qurum birlik daxilində fəaliyyətin sadələşdirilməsi üçün kiçik və orta müəssisələrə vahid vergi sxemi tətbiq etmək barədə təklif irəli sürməyi planlaşdırır.

Banker.az vergiler.az-a istinadən xəbər verir ki, Avropa Komissiyasının sədri açıqlamasında belə deyib: “İnflyasiya və qeyri-müəyyənlik kiçik və orta sahibkarlığa böyük zərbə vurur. Ona görə də biz kiçik və orta biznesin dəstəklənməsi üçün təkliflər paketi təqdim edəcəyik. Buraya Avropada biznes üçün vahid vergi qaydalarının tətbiqi ilə bağlı təkliflər daxil olacaq”.

Son xəbərlər
 ⁠
Digər xəbərlər