10 C
Baku
Wednesday, December 11, 2024

Avropa Komissiyası mobil operatorları ukraynalılara güzəştli tarif tətbiq etməyə çağırıb

Avropa Komissiyası mobil operatorlara ukraynalı qaçqınlar üçün rominq xidmətini pulsuz və ya aşağı tariflə həyata keçirməyi tövsiyə edib.

“Deutsche Welle”yə istinadla xəbərə görə, komissiya üç aylıq sazişi uzatmağı tövsiyə edib.

Komissiya bildirir ki, Avropa İttifaqı ərazisinə gəlmiş milyonlarla ukraynalının münasib qiymətlə rabitəyə çıxış imkanının olması zəruridir.

Qeyd edək ki, aprelin 8-də Brüsseldə Avropa və Ukrayna mobil operatorlarının iştirakı ilə müqavilə imzalanıb. Müqavilədə Avropa Komissiyası mobil operatorlara ukraynalı qaçqınları pulsuz sim kart və ya ucuz rominqlə təmin etməyi tövsiyə edirdi. Razılaşmanın müddəti bu gün başa çatır.

Münaqişə başlayandan ukraynalılar Avropa mobil operatorlardan 2,5 milyon sim kart əldə ediblər.

Son xəbərlər
Digər xəbərlər