14 C
Baku
Wednesday, May 15, 2024

Avropa Komissiyası Rusiya qazından asılılığı aradan qaldırmaq üçün plan hazırlayıb

“Putin enerjidən silah kimi istifadə etməyə davam edir”.

Bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Strasburqda Avropa Parlamentinin iclasında deyib.

O bildirib ki, Avropa Rusiya qazından asılılığı tamamilə aradan qaldırmağa hazırlaşmalı və bunun üçün fövqəladə planlar hazırlamalıdır.

Ursula von der Leyenin sözlərinə görə, Avropa Komissiyası “Avropanın Fövqəladə Planı” üzərində işləyir və iyulun ortalarında ilk variant təqdim olunacaq.

“Aİ-yə 12 üzv dövlət artıq qaz təchizatının azaldılmasından təsirlənib. Bizə Aİ səviyyəsində koordinasiya lazımdır. Avropa Komissiyası tezliklə Aİ-nin təcili yardım planını təqdim edəcək. Biz vahid bazarımızı və sənaye təchizat zəncirlərimizi zərərdən qorumaq üçün çalışacağıq”, – Avropa Komissiyasının Prezidenti vurğulayıb.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər