17 C
Baku
Bazar ertəsi, Oktyabr 18, 2021

Avropa Komissiyası şirkətləri sanksiyalardan qorumaq planı hazırlayıb

Screen Shot 2021 09 02 at 14.34.20

Avropa Komissiyası (AK) Avropa şirkətlərini üçüncü ölkələrin, məsələn ABŞ-ın sanksiyalarından qorumaq mexanizmlərini təkmilləşdirməyə davam etmək niyyətindədir. Komissiya bu gün bununla bağlı fəaliyyət planını təqdim etməyi planlaşdırır.

TASS xəbər verir ki, bu barədə Almaniyanın “Suddeutsche Zeitung” qəzeti məlumat yayıb

Müvafiq sənədin layihəsinə görə, təkliflər avronun möhkəmləndirilməsinə və Aİ-nin mümkün sanksiyalar qarşısında həssaslığını azaltmağa yönəlib. Sənəddə AK Donald Tramp administrasiyasının İrana qarşı tətbiq etdiyi məhdudiyyətlərin mənfi nəticələrini qeyd edir.

“Üçüncü ölkələrin birtərəfli hərəkətləri ticarətə və investisiyalara zərər verib”, – AK-dan bildiriblər.

AK Avropa şirkətlərini Aİ-nin qoşulmadığı sanksiyalardan qorumaq üçün hazırlanmış “bloklayıcı əsasnamə”ni (Blocking Statute) genişləndirmək istəyir. Gələcəkdə rəsmi Brüssel Avropa şirkətlərinin “üçüncü” oyunçular tərəfindən əldə edildiyi zaman sanksiyalar qarşısında şirkətlərin mümkün həssaslığı məsələsini də nəzərə almağı planlaşdırır. Başqa sözlə, bundan sonra qeyri-Avropa konserni Aİ-nin bu və ya digər ölkəsindən əhəmiyyətli bir şirkət almaq istəsə, AK və ya milli tənzimləyici bu vəziyyətdə satın alınan şirkətin birtərəfli məhdudiyyətlərə məruz qalıb-qalmayacağını nəzərdən keçirəcək.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər