27 C
Baku
Thursday, July 18, 2024

Avropa Komissiyası Somaliyə yardımı dayandırıb

Avropa Komissiyası BMT-nin Somalidəki Ümumdünya Ərzaq Proqramının maliyyələşdirilməsini müvəqqəti olaraq dayandırıb.

Bu barədə “Reuters“ məlumat yayıb.

Avropa Komissiyasının sözçüsü Balazs Ujvari deyib ki, BMT-nin araşdırması zamanı proqramdan vəsaitlərin oğurlandığı üzə çıxıb və maliyyələşdirmə dayandırılıb.

“Müəyyən edilmiş məsələlərin həllinə aydınlıq gətirilənə və təminat verilənə qədər əlavə ödənişlər dayandırılacaq”.

Qeyd olunur ki, pulların oğurlanmasında yerli hakimiyyət orqanları, təhlükəsizlik qüvvələri, humanitar işçilər və torpaq mülkiyyətçiləri iştirak edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər