12 C
Baku
Tuesday, May 7, 2024

Avropa Komissiyası: Türkiyə 2024-cü ildə Aİ-yə üzv olmayacaq

Avropa Komissiyasının sözçüsü Peter Stano bildirib ki, Türkiyə 2024-cü ildə Avropa Birliyinə üzv olmayacaq. O qeyd edib ki, Aİ-yə daxil olmaq prosesi “saatlar deyil, illər davam edə bilər”.

Cənab Stano həmçinin bildirib ki, Avropa İttifaqı Türkiyəyə vizasız rejim təqdim etməyə hələ hazır deyil. “Viza rejiminin liberallaşdırılması ilə bağlı qərar üzv dövlətlər tərəfindən insan hüquqları və siyasi azadlıqlar da daxil olmaqla bütün zəruri meyarları yerinə yetirdikdən sonra qəbul edilir”, – deyə Peter Stano söyləyib.

Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.

Bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirmişdi ki, Ankara İsveçin çox yaxın vaxtlarda NATO-ya daxil olması məsələsində razılığa gəlməyə hazırdır, lakin bunun müqabilində ölkənin Avropa İttifaqına daxil olması prosesini intensivləşdirmək istəyir. Buna cavab olaraq NATO və Aİ bəyan edib ki, cənab Ərdoğanın bu iki prosesi əlaqələndirmək istəyi yersizdir. İsveç də öz növbəsində Türkiyənin Avropa İttifaqına üzvlüyünə yardım edəcəyinə söz verib. Kreml Türkiyə hakimiyyətini “çəhrayı rəngli eynək taxmamağa” və Aİ-yə üzv olmağa ümid etməməyə çağırıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər