Avropa Komissiyası və Kiyev iyunun ortalarında Ukraynaya 3,2 milyard avro məbləğində büdcə dotasiyasının ayrılması ilə bağlı danışıqları başa çatdırıb. Vəsait 2026–2027-ci illər üçün nəzərdə tutulan 90 milyard avroluq maliyyələşdirmə proqramı çərçivəsində təqdim ediləcək. Bu barədə jurnalistlərə iqtisadiyyat üzrə Avropa komissarı Valdis Dombrovskis bildirib.
“Biz Ukrayna ilə qarşılıqlı anlaşma memorandumu üzrə danışıqları başa çatdırdıq. Bu memorandum maliyyələşdirmə müqabilində Aİ-nin islahatlarla bağlı tələblərini əks etdirir və Ukraynaya büdcə yardımının ayrılması üçün zəruridir”, — deyə Dombrovskis bildirib.
O dəqiqləşdirib ki, söhbət 3,2 milyard avroluq tranşdan gedir. Vəsait memorandum Ukrayna parlamenti tərəfindən ratifikasiya olunacağı təqdirdə “iyunun ortalarında” ayrılacaq.







