26 C
Baku
Saturday, April 20, 2024

Avropa Komissiyasının rəhbəri Aİ ölkələrini “çirkli” yanacağa qayıtmamağa çağırıb

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Avropa İttifaqı ölkələrini “çirkli” yanacağa qayıtmamağa çağırıb. O hesab edir ki, Avropa ölkələri Rusiyaya qarşı sanksiyaların yaratdığı enerji böhranını bərpa olunan enerjinin inkişafında irəliləmək üçün bəhanə kimi istifadə etməlidirlər.

“Biz əmin olmalıyıq ki, bu böhrandan irəli getmək və çirkli yanacaqlardan imtina etmək üçün istifadə edirik. Bu, incə bir xətdir və düzgün istiqamətdə gedib-etmədiyimiz hələ bəlli deyil”, – deyə Ursula fon der Leyen söyləyib.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Qeyd edək ki, Aİ-nin Rusiyaya qarşı altıncı sanksiyalar paketi üzv dövlətləri altı ay ərzində Rusiya neftindən, səkkiz ay ərzində isə neft məhsullarından imtina etməyə məcbur edir. Polşa xarici işlər nazirinin müavini Pavel Yablonski daha əvvəl demişdi ki, yeni məhdudiyyətlər Rusiya qazına da təsir etməlidir. Avropanın enerji məsələləri üzrə komissarı Kadri Simson isə bildirib ki, Aİ-nin Rusiyadan hasil edilən yanacaqları başqa ölkələrin nefti, qazı və kömürü ilə əvəz etməyə çalışmasının mənası yoxdur. Onun fikrincə, bərpa olunan enerji mənbələrini inkişaf etdirmək lazımdır.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər