10 C
Baku
Thursday, December 12, 2024

Avropa Komissiyasının rəhbəri Estoniya-Rusiya sərhədinə gedəcək

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bu gün Estoniyaya səfər edəcək.

Bu barədə Estoniya hökumətinin mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, Ursula fon der Lyayen burada ölkə rəhbərliyi ilə görüşəcək və Narva şəhərindəki Estoniya-Rusiya sərhədindəki sərhəd-keçid məntəqəsinə baş çəkəcək.

Səhər o, baş nazir Kaya Kallas ilə görüşəcək, bundan sonra onlar birgə mətbuat konfransı keçirəcəklər.

Bundan əlavə, AK sədri Estoniya prezidenti Alar Karis ilə görüşəcək. Ursula Von der Lyayen kommunizm qurbanlarının xatirəsinə ucaldılmış abidəni də ziyarət edəcək.

Daha sonra Avropa Komissiyasının sədri və Estoniyanın baş naziri helikopterlə Rusiya ilə həmsərhəd Narva şəhərinə gedəcək və burada Narva sərhəd-keçid məntəqəsinə səfər nəzərdə tutulub.

Keçmiş sovet dövrünün sənaye nəhəngi olan “Krenholmskaya manufaktura” pambıq zavodunun ərazisinə də baş çəkmək planlaşdırılır.

Narva İncəsənət İqamətgahında Ursula fon der Leyen və Baş nazir Kaya Kallas Estoniyanın Ədalətli Keçid Planına həsr olunmuş tədbirdə çıxış edəcəklər.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər