Avropa Mərkəzi Bankı “Brexit”in ölkələrin rifahına necə təsir edəcəyini izah etdi

0

Böyük Britaniyanın Avropa İttifaqından çıxması ölkələrin rifahının bir qədər azalmasına səbəb olacaqdır.

Banker.az xəbər verir ki, bu haqda Avropa Mərkəzi Bankının sədri Kristin Lagarde CBS-ə verdiyi müsahibəsində məlumat verib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

“Bu [Brexit] məni çox məyus edir. Onların [ingilislərin] Aİ-dan uzaqlaşdıqlarını görmək çox kədərlidir. – Bu həm İngiltərəyə, həm də digər bir sıra ölkələrə təsir edəcək: İrlandiya, AFR, Niderland”.

“Hər kəs azalmanı hiss edəcəkdir. Bu, dünyanın qalan hissəsinə də təsir edəcək”, deyə Kristin Lagarde qeyd edir.

Şənbə günü İngiltərə Parlamentinin təcili iclasında hökumətin İcmalar Palatası vasitəsilə Aİ ilə saziş hazırlamaq cəhdi uğursuz olub. Deputatlar hakim Mühafizəkarlar Partiyasının keçmiş üzvü Oliver Letvin tərəfindən irəli sürülən və Aİ-nın həmin gün axşam saatlarında keçiriləcək səsverməni mənasız edən təklifini qəbul edib. Bundan sonra İngiltərənin baş naziri Boris Johnson rəsmi olaraq Avropa Şurasının sədri olan Donald Tuskdan müxalifətin təzyiqi altında qəbul edilmiş qanuna uyğun olaraq “Brexit”-in 2020-ci il yanvarın 31-dək təxirə salınmasını istəyib.

Johnson bu məktubu imzalamayıb və Donald Tuska göndərdiyi şəxsi mesajda “məsələnin təxirə salınmasının əleyhinə olduğunu” bildirib, çünki bu “Böyük Britaniyanın və Londonun Aİ-dakı tərəfdaşlarının maraqlarına  zərər verəcək”.