Bütün dünya üzrə işsizliyin artan tempini nəzərə alan, Challenges iqtisadi redaksiyası Avropa ölkələrində hansı məbləğlərdə və hansı şərtlərlə işsiz qalmış vətəndaşlara müavinətlərin ödənilməsi məsələsini araşdırmaq qərarına gəldi.
Təbiidir ki, ölkədən asılı olaraq işsizliyə görə sosial müavinətlərin həcmi və onların alınması şərtləri bir-birindən fərqlənir. Challenge ekspertləri 10 Avropa ölkəsi ilə bağlı məlumatların siyahısını hazırlayıb, sənəddə müavinətin alınması üçün vacib olan tələblərin hamısı öz əksini tapıb.
Məsələn Fransada, işsizliyə görə sosial müavinətin alınmasının əsas tələbləri – əmək müqaviləsinin ləğv edilməsindən öncəki 28 ayın ən minimumu 4 ayı ərzində əməkhaqqının 6,4%-i (4% işəgötürənin, 2,4% isə işəgötürülənin öhdəsinə düşür) həcmində üzvlük haqqının köçürülməsidir.
Bu zaman müavinətin həcmi işdən çıxarılmadan öncəki, orta aylıq əməkhaqqısının 57,4%-nə bərabər olacaq.
Qeyd etmək lazımdır ki, Fransada rəhbərlik və tabeçilikdə olan əməkdaşların əməkhaqqıları arasındakı fərqlər həddindən artıq kəskindir, buna görə də ödənişlərin maksimal haqqı müəyyən edilib, bu isə ay ərzində 6161 avroya bərabərdir. Ölkə işsizliyə görə müavinəti dörd aydan iki ilə qədər müddətdə ödəməyə hazırdır (50 yaşında işdən çıxarılanlar üçün isə bu müddət üç ilə qədər uzana bilər).
Almaniyada işini itirmiş şəxs, o zaman işsizlik müavinətinə ümid edə bilər ki, əgər o, işdən qovulmadan öncəki 24 ayın heç olmasa 12 ayı ərzində ayda 3% olmaq şərti ilə köçürmələr edib. Ödənişlərin məbləği orta aylıq əməkhaqqının 60%-nə bərabərdir (övladı olan vətəndaşlar üçün 67%). Qərbi Almaniyada ödənişlərim maksimal həddi 2215 avro təşkil edir, Şərqi Almaniyada isə bu rəqəm 1940 avroya bərabərdir. Almaniya öz işsizlərinə 6-24 ay ərzində dəstək göstərə bilər.
Birləşmiş Krallığın işsiz sakinləri isə yalnız 6 ay ərzində alacağı 381 avroya ümidli ola bilər. Onların etdikləri sosial ayırmaların müddəti isə 1 il təşkil etməlidir.
İtaliyada isə ödənişlərin həcmi işsiz insanın hansı sənaye sektorunda işləmiş olmasından asılıdır. Bununla yanaşı sosial müavinətlərin ödənildiyi günlərin sayı 24 və 50 yaşına çatmış şəxslər üçün 260 gün təşkil edir. 2014 avroya qədər aylıq məvacib alan şəxslər üçün aylıq müavinətlərin maksimum miqdarı 931 avro təşkil edir. Əgər əməkhaqqı bu rəqəmi üstələyərsə, onda işsizlik üzrə müavinət 1119 avro olacaqdır.
İspaniyada işsizlər dövlətin himayəsinə 4 aydan 2 ilə qədər arxayın ola bilər, müavinətlərin maksimal həcmi isə 1397 avro təşkil edəcəkdir.
Danimarkada maksimal ödəniş müddəti iki ilə bərabərdir, məbləğ isə 2295 avro həndəvərində dayanır.
Belçika isə sözü gedən kompensasiya məbləği ilə bağlı daha sərfəli şərtlər təşkil edir, onların həcmi ilk üç ay ərzində son ay aldığınız əməkhaqqının 655-nə bərabər olur, daha sonrakı aylarda məbləğ 60%-ə bərabər olur.
Avstriyada işsiz insan öz orta aylıq əməkhaqqısının 55%-i həcmində müavinət ala bilər. Əməkhaqqının maksimal həcmi (hansının ki, əsasında müavinət hesablanır) 4020 avroya bərabərdir. Ödənişləri davamiyyət müddəti işsiz qalan şəxsin işdəyi müddətdə köçürdüyü ayırmaların cəm məbləğindən və onun yaşından asılıdır. Bəzi hallarda müavinətlərin ödəmə müddəti hətta doqquz ilə də çata bilər.
Niderlandlılar 3-38 ay müddəti ərzində işsiz qalmış vətəndaşlarına kömək etməyə çox şad olarlar. Bu ölkədə ödənilən maksimal müavinət haqqı bir gün üçün 144,75 avro təşkil edir.
Nəhayət İsveçrədə işsiz qalmış şəxsin yaşından və onun işlədiyi müddət ərzində etdiyi köçürmələrdən asılı olaraq 200-520 gün arasında sosial müavinət ala bilər. Müavinətlərin maksimal həcmi isə 6986 avroya bərabərdir.